Hayao Miyazaki

Hayao Miyazaki
yap. 宮崎駿
Doğum tarixi 5 yanvar 1941(1941-01-05)[1][2][…] (83 yaş)
Doğum yeri
Uşaqları
Fəaliyyəti kinorejissor, animasiyaçı, manqaka, ssenarist, montajçı[d], film prodüseri, söz yazıçısı[d], illüstrasiyaçı[d], ətraf mühit fəalı, rejissor, komiks rəssamı, personaj dizayneri[d]
Fəaliyyət illəri 1963-cü ildən
Mükafatları Oskar mükafatıQızıl ayı mükafatı ("Ruhlarla sovrulanlar" filminə görə)
ghibli.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hayao Miyazaki (yap. 宮﨑 駿 Miyazaki Hayao; 5 yanvar 1941[1][2][…], Bunkyo, Tokio[3]) — Yaponiya film rejissoru, prodüseri, ssenari müəllifi, animasiyaçısı, yazıçısı və manqa rəssamı. Film və animasiya studiyası Studio Ghiblinin həmtəsisçisidir. O, usta hekayəçi və anime bədii filmləri yaradan rejissor kimi beynəlxalq bəyənmə qazanmışdır və ən böyük animasiya rejissorlarından biri olaraq qəbul edilir.

Tokionun Bunkyo şəhərində anadan olan Miyazaki, erkən yaşlarında animasiya və manqaya marağını ifadə edərək, 1963-cü ildə Toei Animation şirkətinə qatıldı. Şirkətdə ilk illəri əsnasında rəssamlarla birgə çalışmış və sonralar rejissor İsao Takahata ilə əməkdaşlıq etmişdir. Miyazakinin şirkətdə işlədiyi zamanlar çəkilmiş görkəmli filmlərə "İtlər martı" (ing. Doggie March) və "Qulliverin aydan başqa səyahəti" (ing. Gulliver's Travels Beyond the Moon) daxildir. O, 1971-ci ildə Shin-Ei Animation şirkətinə keçməzdən əvvəl, Toei Animationda "Çəkməli pişik" (ing. Puss in Boots) və "Heyvan xəzinəsi adası" (ing. Animal Treasure Island) filmlərinə, daha sonra isə Takahata ilə birgə "Üçüncü Lupin: Birinci hissə" (ing. Lupin the Third Part I) filminə quruluş vermişdir. 1973-cü ildə Miyazaki Zuiyō Eizō (Daha sonralar Nippon Animation adı ilə tanınmışdır) şirkətinə qatılmış, burada "Dünya şahəsər teatrı" (ing. World Masterpiece Theater) filminin animasiyaçısı olmuş, "Kanon — gələcək oğlan" (ing. Future Boy Canon) televiziya serialına rejissorluq etmişdir. 1979-cu ildə Miyazaki Telecom Animation Film/Tokyo Movie Shinsha şirkətinə qatılmışdır və elə həmin ildə ilk bədii filmi olan "Kaqliostro qalası" (ing. The Castle of Cagliostro) filminə, 1984-cü ildə "Küləklər vadisindən Navsikaya" (ing. Nausicaä of the Valley of the Wind) filminə, eləcə də "Şerlok Hond" (ing. Sherlock Hound) televiziya serialına rəhbərlik etmişdir.

Miyazaki 1985-ci ildə Studio Ghibli şirkətini təsis etdi. Onun bu şirkətdə quruluş verdiyi çoxsaylı filmlərə, 1986-cı ildə "Səma qəsri Laputa" (ing. Castle in the Sky), 1988-ci ildə "Mənim qonşum Totoro" (ing. My Neighbor Totoro), 1989-cu ildə "Kikinin çatdırma xidməti" (ing. Kiki's Delivery Service), 1992-ci ildə "Porko Rosso" filmləri daxildir. Filmlər Yaponiyada kommersiv və tənqidi müvəffəqiyyətlərlə qarşılandı. Miyazakinin "Şahzadə Mononoke" (ing. Princess Mononoke) filmi ilk animasiya filmi olaraq Yaponiya Akademiyası İlin Filmi Mükafatını qazandı və 1997-ci ildə buraxıldıqdan sonra Yaponiyada ən yüksək gəlirli film oldu.[a] Filmin Qərb dünyasında nümayiş etdirilməsi Studio Ghiblin şirkətinin nüfuzunu artırdı və Yaponiyanın xaricində təsiri oldu. Onun 2001-ci il istehsalı "Ruhlarla sovrulanlar" (ing. Spirited Away) cizgi-filmi Yaponiya film tarixində ən yüksək gəlirli filmə çevrilərək 75-ci Akademiya mükafatlarının Ən yaxşı anime filmi nominasiyasında Oskar mükafatını qazandı və son onillik ərzində ən yüksək film hesab edildi. Miyazakinin digər filmləri də — "Haulun yeriyən qəsri" (ing. Howl's Mowing Castle), "Ponyo" (ing. Ponyo) və "Rüzgarlar yüksəlir" (ing. The Wind Rises) kommersiv və tənqidi müvəffəqiyyətlər qazandı. "Rüzgarlar yüksəlir" filminin nümayiş etdirilməsindən sonra Miyazaki bədii filmlərdə öz istefasını bildirdi, buna baxmayaraq, o, bu işə dönərək 2016-cı ildə yeni bədii film üzərində işləməyə başladı.

Miyazakinin yaradıcılığında bəşəriyyətin təbiət və texnologiya ilə əlaqəsi, təbii və ənənəvi naxışların vəhdəti, incəsənətin və sənətkarlığın əhəmiyyəti, zorakı dünyada pasifist etikanın saxlanılması çətinliyi mövzularının təkrarlanması xarakterizə olunur. Onun filmlərində baş qəhrəmanlar çox vaxt güclü qızlar və ya gənc qadınlar olur və bir neçə filmlərində isə antoqonistlər şübhəli xarakterlərlə təmsil olunur. Miyazakinin əsərləri yüksək səviyyədə qiymətləndirilmiş və müxtəlif mükafatlara layiq görülmüşdür. 2012-ci ilin noyabrında o, mədəni töhfələrinə görə Mədəniyyət adamı fəxri adına uyğun görülmüş, 2014-cü ilin noyabrında isə animasiya və film sahəsində təsirinə görə Fəxri Akademiya Mükafatına layiq görülmüşdür. 2002-ci ildə Amerikalı kino tənqidçisi Rocer Ebert, Hayaonun filmlərinin dərinliyini və sənətkarlığını yüksək qiymətləndirərək, Miyazakinin tarixdə ən yaxşı animasiya film istehsalçısı ola biləcəyini bildirmişdi.[5]

  1. 1 2 Hayao Miyazaki (nid.).
  2. 1 2 Miyazaki, Hayao // Who's Who in Animated Cartoon (ing.): An International Guide to Film and Television's Award-Winning and Legendary Animators. NY: Hal Leonard LLC, 2006. ISBN 978-1-55783-671-7
  3. 1 2 http://www.experienceproject.com/stories/Miyazaki/3511978.
  4. Ebert, 1999
  5. Ebert, 2002


Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/> teq tapılmadı


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne